Suriya dövlət televiziyası Əl-İxbariyyənin məlumatına görə, İsrail işğalçı qüvvələri Dəməşqin cənub-qərbindəki Beyt Cinnəyə basqın edib.
İşğalçı İsrail qüvvələri basqına etiraz etmək üçün toplaşan kəndlilərə atəş açıb. Hadisədə ölən və xəsarət alan olmasa da, bölgədə gərginlik qalmaqdadır.
Qeyd edək ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin dünən verdiyi xəbərdə İsrail işğalçı qüvvələrinin Quneytra çölündə Beir Ajam və Breykeh kəndlərində patrul xidməti həyata keçirdiyi bildirilmişdi.