AZ

Azərbaycan badmintoçularından Batumidə uğurlu nəticə FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uşaq və yeniyetmə badmintonçularımız Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.

İdman.biz xəbər verir ki, idmançılarımız "Youth International" turnirində qüvvələrini sınayıblar.

Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsidnə müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar. Badmintonçularımız turnirdə ümumilikdə 7 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan badmintonçuları ənənəvi olaraq Batumidə keçirilən ötənilki yarışda beşi qızıl, beşi gümüş və altısı bürünc olmaqla 16 medal qazanmışdılar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr