AZ

5500dən çox bağça müəllimi imtahan verəcək

Avqustun 29-da Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsinə start veriləcək. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Müsabiqədə ümumilikdə 5 593 namizədin iştirakı nəzərdə tutulur.

İmtahan 29 mərkəzdə təşkil olunacaq.

Namizədlər yalnız şəxsi səhifələrində qeyd olunmuş tarix və məkanda imtahanda iştirak edə bilərlər.

Qeydiyyat prosesinə gecikən şəxslər imtahan binasına buraxılmayacaq.

Bundan əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 tərbiyəçi-müəllim ilk dəfə diaqnostik qiymətləndirməyə cəlb olunub. Qiymətləndirmənin nəticələrinə əsasən, cəmi bir nəfər maksimum – 60 bal toplayıb. Müəllimlərin böyük hissəsi 44,4% ən aşağı nəticə 30 baldan aşağı bal yığa biliblər.

Gülnar 

Seçilən
0
1
anews.az

2Mənbələr