AZ

Ermənistanın milli ödəniş sistemində nasazlıqlar qeydə alınıb

Ermənistanın “Armenian Card” (ArCa) milli ödəniş sisteminin işində yenidən problemlər yaranıb.

Bakues.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Şirkətin məlumatına görə, internet rabitəsindəki nasazlıqlarla əlaqədar e-commerce seqmentində əməliyyatlar əlçatan deyil. Bundan əlavə, bir sıra digər xidmətlərlə də bağlı pozuntular qeydə alınır.

Xatırladaq ki, iyul və avqust aylarında ödəniş sisteminin işində qısamüddətli fasilələr müşahidə olunmuşdu. Bu müddət ərzində məlumat sızması qeydə alınmayıb.

Seçilən
31
3
icma.az

4Mənbələr