2025-ci ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsi 864,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,7% çoxdur. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Dövriyyənin 57,5%-i və ya 496,6 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Eyni dövrdə ölkə üzrə ictimai iaşə dövriyyəsi 14,3% artaraq 1 milyard 242,2 milyon manata çatıb.
Gülnar