AZ

Streslə mübarizə üçün vasitə... Təsbehin muncuqlarını çevirərək yaranan səsdən həzz alırlar Video

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Stress müasir həyatın qaçılmaz hissəsinə çevrilib. Gündəlik həyatda rastlanan gərgin iş qrafiki, tıxaclar, ailədaxili problemlər və bir çox başqa amillər insanları stresə sala bilər. Stressin öhdəsindən gəlmək üçün bir çox müxtəlif üsullar təklif edilsə də, bəziləri üçün təsbeh çevirmək stresi aradan qaldıran effektiv vasitə kimi önə çıxır.

Yəqin ki, siz də qarşılaşırsınız, xüsusən gənc və orta yaşlı kişilər təsbeh çevrirlər. Bu çevirmə namazdan sonra dualar üçün edilən formada edilmir. Sadəcə təsbehin muncuqlarını çevirərək yaranan səsdən "həzz" alırlar.

Mütəxəssislərin fikrincə, təsbeh stresslə mübarizə aparmaq üçün xüsusilə təsirli bir üsul hesab olunur. Təsbeh zehni sakitləşdirə, diqqəti artıra və mənəvi sakitlik hissi verə bilər. Ritmik və təkrarlanan hərəkətlərin stresi azaltdığına dair bəzi araşdırmalar da var.

Təsbeh stresin öhdəsindən gəlmək üçün təsirli bir yol ola bilər. Bununla belə, hər kəsin fərqli olduğunu xatırlamaq vacibdir.

Bəs siz stresinizi necə idarə edirsiniz?

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
bizimyol.info

1Mənbələr