AZ

Hande Erçel biznesmen sevgilisindən ayrıldı - FOTO

Türkiyəli məşhur aktrisa və model Hande Erçel 3 ildir eşq yaşadığı biznesmen sevgilisi Hakan Sabancı ilə ayrılıb.

Ölkə.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Birsel Altuntaş məlumat yayıb.

Ayrılıq Erçelin H.Sabancı ilə birgə fotolarını instagramdan silməsi ilə üzə çıxıb.

Qeyd edilib ki, aktrisa ayrılıb xəbərlərini təsdiqləsə də, səbəbini açıqlamayıb. 

Hakan Sabancının profilində isə Hande ilə birgə qatarda çəkilmiş fotosu hələ də qalmaqdadır.

Xatırladaq ki, Hakan Sabancı Türkiyənin ən varlı ailələrindən olan Sabancı ailəsinin üzvlərindəndir. 

Billurə

Seçilən
16
2
olke.az

3Mənbələr