Trabzondan Ciddəyə uçmaq üçün havaya qalxan Flynas aviaşirkətinə məxsus sərnişin təyyarəsi, qalxdıqdan qısa müddət sonra mühərrik nasazlığı səbəbindən təcili eniş edib. Hadisə Trabzonda havada panik anlar yaradıb.
News365.az xəbər verir ki, nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən açıqlamaya görə, təyyarə qalxdıqdan 8 dəqiqə sonra mühərrikində nasazlıq baş verib. Saat 19:49-da fövqəladə vəziyyət siqnalı verən təyyarə, 11 nömrəli piste yönləndirilib və saat 20:18-də Trabzon Havalimanına problemsiz şəkildə enib. Təyyarədəki 169 sərnişin və ekipaj üzvünün sağlamlıq vəziyyəti yaxşıdır.
Sərnişinlər şəhərdəki otellərə yerləşdirilib. Təyyarədə texniki heyət tərəfindən yoxlama və nasazlığın aradan qaldırılması işləri davam edir. Otellərdə qalan sərnişinlərin fərqli təyyarə ilə yenidən Ciddəyə yola düşəcəyi bildirilib.
News365.az