AZ

”Ukrayna hökumətinə aid məlumatların təhlükəsiz yerdə saxlanması da dayandırılır”

Operativ MM portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşa, ölkə prezidenti Karol Navrotskinin ukraynalılara yardımı uzatmaqla bağlı qanuna veto qoyması səbəbilə, Kiyev üçün Starlink peyk internetinin haqqını ödəyə bilməyəcək. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu qərarın nəticələri barədə Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski “X” hesabında paylaşım edib.

“Bu, Polşanın müharibə aparan Ukraynaya təqdim etdiyi “Starlink”in sonudur. Bundan əlavə, Ukrayna hökumətinə aid məlumatların təhlükəsiz yerdə saxlanması da dayandırılır”, – o bildirib.

Nazir, yeni Polşa prezidentini siyasi mübarizə naminə hökumətə kor-koranə hücum etməyi dayandırmağa çağırıb.

Xatırladaq ki, Karol Navrotski bundan əvvəl Ukraynalı qaçqınlara pulsuz tibbi yardım və sosial təminat verilməsini nəzərdə tutan qanunu da vetolamışdı. Onun sözlərinə görə, üç ildən çox davam edən Ukrayna münaqişəsi fonunda “vəziyyət köklü şəkildə dəyişib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
operativmm.az

2Mənbələr