AZ

"Liverpul"un ulduzunun "makler" sevgilisi: O, həm də modeldir

Yay transfer pəncərəsinin səs-küylü transferlərindən biri Uqu Ekitikenin "Liverpul"a keçidi olub.

Publika.az xəbər verir ki, İngiltərə çempionu fransalı hücumçu üçün "Ayntraxt"a 90 milyon avro ödəyib. Futbolçu isə ilk matçından etibarən bu məbləği doğrultmağa başlayıb. O, Superkubokda və Premyer Liqada qollar vurub.

Yeni klub və yeni liqa ilə yanaşı hücumçunun həyatında yeni bir xanım da var - Dani Meneses.

Maraqlıdır ki, Uqo və Dani sosial şəbəkədə bir-birini izləyirlər. Jurnalistlər onların fotolarını müqayisə edərək cütlüyün tətilini birlikdə Mərakeşdə keçirdiyini üzə çıxarıb. Həmin vaxt Ekitike hələ "Ayntraxt"ın futbolçusu idi.

Dani Menesesin sosial şəbəkə profillərində "Global Real Estate Advisor" yazılıb. Bu, onun beynəlxalq təcrübəyə malik daşınmaz əmlak məsləhətçisi olduğunu göstərir. Deməli, Ekitike Liverpulda özünə mütləq gözəl ev tapacaq.

Bundan başqa, Menesesin Mayamidə yaşadığı qeyd olunur. Bu səbəbdən də onun Messi və Bekhemin "İnter Mayami" forması ilə fotoları təəccüblü görünmür. Amma çox güman, yaxın vaxtlarda onu "Enfild"də "Liverpul" formasında görəcəyik.

Onun fotoları həm də bir həqiqəti ortaya qoyur. Dani yalnız rieltor deyil, həm də modeldir.

Publika.az

Seçilən
2
publika.az

1Mənbələr