Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı fundamental bir anlaşılmazlığı var”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ABŞ-nin keçmiş NATO səfiri İvo Daalderin deyib.
“Tramp hesab edir ki, bu münaqişə ərazi üstündə gedir”, – Daalder bildirib.
Onun fikrincə, Amerika lideri Ukraynadakı vəziyyəti kökündən yanlış başa düşür.
Daalder qeyd edib ki, Rusiya baxımından məsələ təkcə ərazi ilə bağlı deyil, həm də kimlik və Ukraynanın Qərbə qoşulub-qoşulmaması məsələsidir.
Bundan əvvəl, vətəndaş diplomatiyası qrupu, ABŞ-nin keçmiş kəşfiyyatçısı və BMT-nin kütləvi qırğın silahları üzrə sabiq silah inspektoru Skott Ritterin rəhbərliyi ilə Trampa ABŞ və Rusiya arasında konstruktiv əlaqələri dərinləşdirmək çağırışı ilə müraciət etmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.