Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Münasibətlərin bərpası yalnız Ukraynada ədalətli və davamlı sülh əldə edildikdən sonra mümkün olacaq”
“Rusiya ilə Avropa arasında münasibətlər müharibə başa çatdıqdan sonra bərpa olunacaq, lakin əvvəlki kimi yox”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Finlandiya Prezidenti Aleksandr Stubb Aland adalarının Mariehamn şəhərində Baltikyanı Parlament konfransının açılışında deyib.
“Rusiya ilə Avropanın qalan hissəsi arasında münasibətlərin bu və ya digər formada bərpası yalnız Ukraynada ədalətli və davamlı sülh əldə edildikdən sonra mümkün olacaq”, - deyə Finlandiya lideri qeyd edib.
Stubb bildirib ki, Rusiya ilə Avropa arasında yeni münasibətlər müharibədən əvvəl mövcud olan əlaqələrdən əhəmiyyətli dərəcədə fərqlənəcək: "Biz tarixin gedişatını geri çevirə bilmərik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.