Bu ilin yanvar-iyun aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 864,3 milyon manat olub.
Bu barədə Bakı Statistika İdarəsi xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7% çoxdur.
6 ayda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 496,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.