AZ

Gəncədə ana və oğlu BIÇAQLANDI - Gəlin SAXLANILDI

Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

 

Hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

 

Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

 

İlkin məlumata görə, hər iki şəxsə gəlinləri bıçaqla xəsarət yetirib.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədova saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir./Oxu.az

Tarix: 25 Avqust 2025, 17:30   
Seçilən
10
2
pravda.az

3Mənbələr