Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Əraqçi Lavrova İranın nüvə proqramı ilə bağlı Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə apardığı müzakirələrin nəticələri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Rusiya tərəfi İranın nüvə proqramı ətrafında vəziyyətin normallaşdırılması və Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində diplomatik səylərə mühüm töhfə verməyə davam etməyə hazırdır.
Bundan əlavə, qarşılıqlı maraq doğuran bir sıra digər aktual regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Nurlana ƏhmədovaMissiya.Az