AZ

Tramp: ABC və NBC-nin yayım lisenziyaları ləğv edilməlidi

Tramp: ABC və NBC-nin yayım lisenziyaları ləğv edilməlidi

ABŞ Prezidenti Donald Tramp ABC və NBC telekanallarını saxta xəbər istehsal etməkdə ittiham edib və onların yayım lisenziyalarının ləğv olunmalı olduğunu bildirib.

Tramp sosial media hesabında paylaşdığı qeyddə ABC və NBC kanallarının prezidentliyi haqqında əsasən mənfi xəbərlər dərc etdiyini iddia edib.

Paylaşımında Tramp ABC və NBC-ni tarixin ən pis və ən qərəzli iki kanalı adlandıraraq onları saxta xəbər istehsal etməkdə günahlandırıb və belə deyib: “Çox yüksək populyarlığa sahib olmağıma və bir çoxlarına görə (vəzifə müddətim) prezidentlik tarixinin ən böyük 8 ayından biri olmasına baxmayaraq, tarixin ən pis və ən qərəzli iki kanalı ABC və NBC saxta xəbərlər yayımlayır, mənim haqqımda isə xəbərlərin 97 faizi mənfidir”.

Bu kanalların ABŞ-da Demokrat partiyasının bir qolu kimi hərəkət etdiyini iddia edən Tramp, onların yayım lisenziyalarının Federal Rabitə Komissiyası (FCC) tərəfindən ləğv olunmalı olduğunu vurğulayıb.

Tramp əlavə edib ki, o tamamilə lisenziyanın ləğvinin tərəfdarıdır: “Onlar çox qərəzlidir və yalan danışırlar, demokratiyamız üçün real təhlükə yaradırlar”.

O, həmçinin bu kanalların lisenziya haqlarını ödəmədiyini iddia edərək, həmin ödənişlərin milyonlarla dollar olması lazım olduğunu qeyd edib.

Seçilən
85
afn.az

1Mənbələr