Hurriyyet.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS informasiya agentliyinə müsahibəsində yaxın gələcəkdə Rusiya qazının Azərbaycan ərazisindən keçirilərək İrana çatdırılmasına ümidvar olduqlarını bildirib.
Səfir deyib: "Yaxın gələcəkdə bunun baş tutacağına ümid edirik. Hazırda "Qazprom"la danışıqlar aparırıq. Praktiki olaraq bütün məsələlər artıq həll edilib. Lakin qiymət məsələsində ümumi dil tapmaq lazımdır. Bu məsələ də həll edilsə, hər şey yoluna düşəcək".
Hürr Tərcüman