Bakı. Trend:
Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərininlayihələndirilməsinə başlanılır.
Trend-inməlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekunvurub.
Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını “Era DesignGroup” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib vəmüqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 960 263 manat ödənilib.
İşlərin həvalə olunduğu “Era Design Group” MMC 2018-ci ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanMMC-nin qanuni təmsilçisi Muxtarov Mahir Eminağa oğludur.