AZ

İnfluenserlərin gəlirləri bir çox sosial qruplarla müqayisədə daha asan əldə edilir

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İnfluenserlərin vergiyə cəlb edilməsi istiqamətində mexanizmlərin formalaşması və onların fəaliyyətinin tənzimlənməsi ciddi çağırışlardan biri idi".

Bu barədə iqtisadçı Rəşad Həsənov Missiya.Az-a danışıb.

Ekspertin sözlərinə görə, iqtisadiyyatın struktur rolu dəyişdikcə və ya dəyişən konyekturlar yəni rəqəmsal iqtisadiyyata transformasiya prosesində yeni fəaliyyət sahələrinin meydana çıxması hansı ki, bu sahədə geniş dövriyyənin formalaşması kimi hallar artır və bunlardan biri də məhz influenserlər tərəfindən keçirilən reklam fəaliyyətləridir. Aydındır ki, belə hallar yüksək həddə çatdıqda qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi ilə bu sahələrin tənzimlənməsi istiqamətində nəzarətin təşkili həyata keçirilir:

"İnfluenserlər də digər şəxslər kimi vergi verməlidirlər. Çünki onların əldə etdiyi gəlirlər bir çox sosial qruplarla müqayisədə daha asan əldə edilən gəlirdir. Əgər kənd təsərrüfatı sahəsində çalışan və çox zəhmətli işdən əldə edilən gəlirdən bu və ya digər dərəcədə vergi tutulursa, yaxud mədən sənayesində çalışanlardan ya da 600 manata çalışan müəllimin əməkhaqqından vergi tutulursa nə üçün influenserin əldə etdiyi gəlirdən tutulmasın. Bu müvafiq sahədə ədalətliliyin təmin edilməsi və inkluzivlik baxımından çox vacib amildir".

İqtisadçı bu prosesin həyata keçirilməsi ilə bağlı qanunvericilikdən danışarkən bildirib ki, artıq influenserlər öz fəaliyyətlərini məhz vergi uçotundan qeydiyyatdan keçib vöen almaqla təşkil etməlidirlər. Əks halda bu onlar üçün müəyyən inzibati məsuliyyətə səbəb olacaq. Öz fəaliyyətlərini həyata keçirərkən müəyyən edilmiş formada müqavilələrlə gəlirlərin əldə edilməsi təmin edilməlidir. Bu müqavilələrdə müəyyən edilən məbləğlər məhz vergilərin ödənilməsi üçün baza formalaşdırır. Bu zaman bu şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq aidiyyatı üzrə vergi öhdəliklərini icra etmiş olurlar:

"Təbii ki, burda müvəqqəti olaraq şəffaflığın təmin edilməsi və prosesə tam nəzarətin həyata keçirilməsi çətin görünə bilər. Çünki müvafiq istiqamətdə qanunvericiliyin formalaşdırılması ilə yanaşı onun tətbiqi mexanizmlərinin də gücləndirilməsi, resursların ayrılması və nəzarətin təşkili mexanizmlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Düşünürəm ki, gələcəkdə müvafiq addımların atılması yolu ilə prosesin tam və yaxud əhəmiyyətli səviyyədə nəzarətə götürülməsi  və bu istiqamətdə münasibətlərin formallaşdırılması gizli sahibkarlıq fəaliyyəti ilə gəlirlərin əldə edilməsi imkanlarının məhdudlaşdıracaq. Dolayısı ilə də bu seqmentdən əldə olunan gəlirlərin vergiləndirilməsi üçün əlverişli imkanlar formalaşa bilər". 

Rəşad Həsənov prosesin nəticlərinin həm influenserlər, həm də digərləri üçün müxtəlif nəticələr doğuracağını vurğulayıb. Birincisi influenserlərin gəlirlərinin leqallaşması onların gələcəkdə digər fəaliyyət sahələrində bu statistikanın istifadəsi ilə bağlı imkanlar formalaşdırır. Onlar sabah öz gəlirlərini rəsmi şəkildə təqdim etməklə kredit əldə etmək hüququndan yararlana bilərlər. Yaxud bu gəlirlərin leqallaşması fonunda ödədikləri fiskal ödənişlər tibbi sığorta, sosial sığorta və sair kimi sosial təminatın formalaşdırılmasında və xüsusilə pensiya hüquqununda əlverişli şərait əldə edirlər. Amma bu vergilər əlavə xərc hesab olunmaqla bu və ya digər şəkildə otra-uzunmüddətli dövrdə qiymətlərin üzərində əks olunur və nəticədə müvafiq xidmətlər üzərində qiymətlər qisməndə olsa bahalaşa bilər.  

"Burada təsir edici başqa faktorlarda var. Qarşı tərəfin alıcılıq gücü, bu xidmətdən istifadəyə meyillilik, tələb məsələləri, bazarda rəqabət kimi faktorlar burada təsir edici məqamlardır. İstənilən halda bu xərclər qismən qiymətlərin üzərində əks oluna bilər. Bu son dövrlərdə sosial şəbəkələr üzərindən xüsusi təşkil olunan mikro kiçik sahibkarlığın reklam xidmətlərində xərclərin bu və ya digər şəkildə müəyyən mənada artımı deməkdir. Amma istənilən halda yekunda fəaliyyətlərin leqallaşması, formal xarakter daşıması bu və ya digər səviyyədə hüquqlarının qorunması eyni zamanda ədalətli vergiləndirmə və inkluzivlik aspektindən xüxusilə də bu xidmətlərdən istifadə edənlərin hüquqlarının müdafiəsi mövqeyindən əhəmiyyətli məqamdır. Düşünürəm ki, yaxın gələcəkdə bu siyasət effektiv bir şəkildə davam etdirilə bilərsə, real nəticələr əldə olunacaq",- iqtisadçı R.Həsənov əlavə edib.

İlahə QənbərliMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
missiya.az

2Mənbələr