AZ

Xocavənddə yaşayış evlərinin layihələndirilməsinə 1,9 milyon vəsait ayrıldı

BAKI, 25 avqust. TELEQRAF

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərinin layihələndirilməsinə 1 milyon 960 min 263 manat vəsait ayırıb.

Teleqraf xəbər verir ki, layihələndirmə işləri “Era - Design Group” MMC-yə həvalə edilib.

Qeyd edək ki, müvafiq işlərin icrasına bu ayın 4-dən başlanılıb, noyabr ayına qədər bitməyi planlaşdırılır.

“Era - Design Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Mahir Eminağa oğludur.

Seçilən
8
teleqraf.com

1Mənbələr