AZ

D.Tramp ABC və NBC kanallarının lisenziyalarını ləğv etməyə çağırıb  

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ABC və NBC telekanallarının lisenziyaları ləğv edilməlidir.

"ABC və NBC dünyanın ən pis və ən qərəzli şəbəkələrindən ikisidir, onlar milyonlarla dollar lisenziya haqqı ödəmirlər, saxta xəbərlər yayırlar, respublikaçıları və mühafizəkarları haqsız yerə işıqlandırırlar və mənim haqqımda 97 faiz mənfi informasiyaya malikdirlər. Əgər bu doğrudursa, onlar sadəcə olaraq Demokratik Partiyanın bir qoludur və çoxlarının fikrincə, FCC (Federal Rabitə Komissiyası) onların lisenziyasını geri almalıdır. Mən də bunun tərəfdarıyam, çünki  onlar o qədər qərəzli və yalançıdır ki, bu, demokratiyamız üçün real təhlükə yaradır!!!" – Tramp “ Truth Social ” sosial şəbəkəsində yazıb.

“Vicdansız “jurnalistika” təşviq edilməməlidir, buna son qoyulmalıdır!!!” -prezident əmindir.

Xatırladaq ki, ötən ay Donald Tramp ictimai yayımçılar NPR və PBS telekanallarının maliyyəsini əhəmiyyətli dərəcədə azaltmaq üçün qanun layihəsi imzalayıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr