AZ

"Mehriban xanım hər birimiz üçün örnəkdir"

“Böyük və nadir insanlar dünyaya gəldiyi gündən ali missiyanın daşıyıcıları olurlar. Mehriban xanım Əliyeva sadəliyi, səmimiyyəti, alicənablığı ilə milyonların qəlbində taxt qurub. Həyat prinsipi xalqa və Vətənə xidmət, mehribanlıq və qayğıkeşlik olan bu nəcib xanım hər zaman çətinliyə düşən insanlara dəstək olub. Təsadüfi deyil ki, onun adının mənası da xeyirxahlıq və şəfqət deməkdir”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə deputat Səbinə Salmanova bildirib.

Səbinə Salmanova qeyd edib ki, Mehriban xanım 1995-ci ildən ictimai fəaliyyətə başlayaraq, “Azərbaycan - İrs” jurnalının təsisçisi, 2004-cü ildən isə Heydər Əliyev Fondunun rəhbəri kimi ölkənin mədəniyyətinə, təhsilinə, səhiyyəsinə və sosial sahələrinə mühüm töhfələr verib:
“Fondun fəaliyyəti sayəsində yüzlərlə məktəb, səhiyyə ocaqları inşa olunub və yenidən qurulub, yüz minlərlə qaçqın və məcburi köçkünün yaşayış şəraiti yaxşılaşdırılıb. Xüsusən də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və mədəniyyət diplomatiyasının inkişafında Mehriban xanımın əvəzsiz xidmətləri olub”.

Deputat vurğulayıb ki, Birinci vitse-prezident kimi də Mehriban Əliyeva hər zaman xalqın etimadını doğruldub: “O, ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin rifahına həsr etdi, Vətən müharibəsi zamanı şəhid ailələrinin və qazilərin yanında oldu, reabilitasiya proqramlarını dəstəklədi. Postmüharibə dövründə Qarabağın bərpa və quruculuğuna xüsusi diqqət göstərir. Bu, onun həm dövlət xadimi, həm də Azərbaycan qadını olaraq fədakarlığının göstəricisidir”.

Sonda Səbinə Salmanova Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edərək, ona uzun ömür, cansağlığı və yeni uğurlar arzulayıb: “Mehriban xanım Əliyeva həm siyasətdə, həm ictimai həyatda, həm də ailə mühitində Azərbaycan qadınının böyüklüyünü, mərhəmətini və fədakarlığını təcəssüm etdirir. O, hər birimiz üçün örnəkdir”.

Seçilən
110
50
olke.az

10Mənbələr