AZ

“Bu cür həmlələrin istənilən an nüvə fəlakətinə çevrilmək ehtimalı var”

Ukrayna-Rusiya müharibəsində tərəflərin nüvə obyektlərinə, yaxud onların yaxınlığına zərbələr endirdiyi, bu zərbələrdən nüvə obyektləri və həmin obyektlərin komponentlərinin müəyyən qədər zərər verdiyi müşahidə edilməkdədir. Hansı ki, eyni tendensiya İran-İsrail müharibəsində də müşahidə edilmişdi.

Maraqlıdır, bu cür həmlələr region üçün nüvə fəlakətinə yol aça bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalın kifayət qədər real olduğunu vurğulayıb:

“Şübhəsiz ki, bu cür həmlələrin istənilən an nüvə fəlakətinə şevrilmək ehtimalı var. Buna görə də bütün tərəflər bu cür həmlələrdən çəkinməli, bu məsələyə qlobal təhlükəsizlik prizmasından yanaşmalıdır. Əks təqdirdə, belə hücumların birində əsl nüvə fəlakəti baş verə bilər ki, bu da bütün dünya üçün faciə deməkdir.

Ümumiyyətlə, müasir müharibələrdə düşmənə zərbə vurmaq üçün tətbiq edilən bir çox üsul və vasitələr məntiqə və əxlaqa ziddir. Bu, dünyamızın necə təhlükəli bir nöqtədə qərarlaşdığını, insanlığın taleyinin bir tükdən asılı olduğunu göstərir”.

Seymur ƏLİYEV

Seçilən
6
moderator.az

1Mənbələr