AZ

“Ulduz Cup” beynəlxalq futbol turnirinin açılış mərasimi keçirilib

Qubada keçiriləm 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

Apasport.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimi keçirilib.

Çıxış üçün söz Quba rayon İcra Hakimiyyəti nümayəndəsi Arif Babayevə verilib. O, iştirakçıları salamlayıb, komandalara uğurlar arzulayıb.

GİN nümayəndəsi Elçin Qasımov Qubanın idman paytaxtı seçilməsi və ötən mövsüm ilk “Ulduz Cup” turnirinin burada keçirilməsindən danışıb. Onun sözlərinə görə, ötən ilki yarışda 4 xarici komanda iştirak etsə də, bu dəfə həmin say 8-ə çatıb. Qasımov ölkədə belə yarışların daha keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edirlər.

“İmişli”nin müdafiəçisi: “Nəticələrdən 100 faiz razı deyiləm”

Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"

Elmar Baxşıyev: “Penalti epizodu qərarı səhv idi”

“Turan Tovuz” evdə məğlub oldu - YENİLƏNİB

Ayxan Abbasov: “Futbol şansı “Sabah”dan tərəf idi”

Seçilən
4
2
apasport.az

3Mənbələr