“Ümumi olaraq yuxusuzluqdan və yorğunluqdan baş verən qəzalar var. Bunu aradan qaldırmaq üçün iş və istirahət saatlarına ciddi nəzarət olunmalıdır”.
Bu sözləri “Yeni Sabah”a nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Onun sözlərinə görə, sürücülər bu məsələdə şəxsən maraqlı olmalıdırlar: pizza hut
“İctimai nəqliyyatda risklər daha minimumdur, yəni qəzalar nadir hallarda olur. Amma taksi sistemi ilə bağlı elektron sistemi işə düşüb. Sürücülərə tələb kimi qoyulub ki, səfərdən öncə tibbi müayinədən keçsinlər. Bu da məhz riskləri minimallaşdırmaq üçün qoyulmuş tələblərdir. Amma təəssüf ki, sürücülər yolda yuxusuzluqdan, yorğunluqdan qəzalar törədir”.
Ekspert gecə saatlarında səfərlərin daha riskli olduğunu vurğulayıb:
“Bacardıqca gecə yola çıxmasınlar. İstənilən halda, sürücülər daha çox özləri bu məsələdə məsuliyyətli olmalıdırlar”.
Aytac Əliyeva
Telegram kanalımız