AZ

Zəngəzurla bağlı son həmlə: Ola bilsin ki, Amerika Vilayətinin xahişinə əməl etsin - MÜSAHİBƏ

BAKI, 25 avqust. TELEQRAF

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Asim bəy, Azərbaycanla Ermənistan arasında avqustun 8-dəVaşinqtonda əldə edilən razılaşmalar fonunda Cənubi Qafqazda yeni vəziyyətin yaranacağına dair fikirlər səslənir. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalaması regional sabitliyə necə təsir göstərə bilər?

- Artıq Azərbaycanla Ermənistan arasında zəruri addımlar atılıb. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşün nəticəsi olaraq mühüm razılaşmalar əldə olunub. Bu, əslində Cənubi Qafqazın sabitlik və əməkdaşlıq bölgəsinə çevrilməsi istiqamətində atılan mühüm addım hesab edilir. Bununla bölgədə kommunikasiya xəttləri açılır. Beləliklə, bu, bütün tərəflər üçün gəlir mənbəyinə çevrilir. Sadəcə, Paşinyan üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etsə və Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaları aradan qaldırıldıqdan sonra yekun sülh sazişini imzalamaq mümkün olacaq. Bununla bölgə ölkələri arasında vacib əməkdaşlıq imkanları yaranacaq.

- Vaşinqtonda əldə edilən razılaşmalardan bir də Zəngəzur dəhlizinin icarə əsasında açılması ilə bağlıdır. İran və Rusiya dəhlizin bu şərtlər altında açılmasına etiraz edir. Sizcə, Tehran və Moskva dəhlizin açılmasına hansı formada əngəl ola bilər?

- İranın dəhlizin ABŞ-yə (Tramp Beynəlxalq Sülh və Firavanlıq Dəhlizi -TRIPP, Zəngəzur dəhlizinin inkişafını nəzərdə tutur və ABŞ-yə 99 illik inkişaf hüquqları verir) məxsus şirkətin icarəsi əsasında açılmasına reaksiyasını başa düşmək olmur. Bu, o deməkdir ki, İran yenidən Amerikanın onun cəzalandırmasını istəyir. İrandakılar onu deməyə çalışırlar ki, “çoxdandır başımıza bomba atmırsınız, buyurun gəlin”. Əslində, bununla Amerikaya çağırış edirlər ki, çoxdandır bizi cəzalandırmırsınız, çox darıxmışıq”.

- Amma İran tərəfi deyir ki, biz dəhlizin açılmasına mane olacağıq. Bu, necə mümkün görünür?

- Tehranın dəhlizin açılmasına mane olmaq imkanları çox məhduddur. Ola bilsin ki, Amerika tərəfi İranın ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin xahişinə əməl etsin, yəni gəlib onları cəzalandırsın. Çünki onlar indi məhz bunu istəyirlər.

- İddialardan biri də odur ki, dəhlizin keçəcəyi ərazidə - İran Ermənistan sərhəddində rus sərhədçiləri dayanırlar. Ona görə də amerikalılar burada hansısa kommunikasiya xəttinə nəzarət edə bilməz və s. Bu halda mexanizmi necə müəyyənləşməlidir?

- Erməni tərəfi artıq rus sərhədçilərinin öz sərhədlərindən çıxarılması ilə bağlı qərarlar verirlər. Bu bölgədə də eyni proses həyata keçiriləcək.

Seçilən
1
teleqraf.com

1Mənbələr