Azərbaycan Mərkəzi Bankı üç investisiya şirkəti “İnno Kapital İnvestisiya Şirkəti” ASC, “Assist Finance İnvestisiya Şirkəti” ASC və “Capital Partners İnvestisiya Şirkəti” QSC-yə icrası məcburi göstəriş verib.
Yenisabah.az xəbər verir ki, AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “Capital Partners İnvestisiya Şirkəti” QSC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
AMB tərəfindən aparılmış tematik yoxlamalar çərçivəsində “Assist Finance İnvestisiya Şirkəti” ASC tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə İnvestisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib. pizza
Tənzimləyici tərəfindən aparılmış digər tematik yoxlamalar çərçivəsində “İnno Kapital İnvestisiya Şirkəti” ASC (əvvəlki adı “PSG Kapital İnvestisiya Şirkəti” ASC) tərəfindən “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyinə görə investisiya şirkətinə xəbərdarlıq edilmiş və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Telegram kanalımız