AZ

“Niyə axı tələbə ya valideyn əziyyət çəkməlidir?”

“Mən deyəndə ki, təhsil sistemində dəyişiklik mütləqdir, təkcə məktəbləri nəzərdə tutmurdum. Düşündüm ki, mənim statusumdan sonra deputatlar, məşhurlar da başqa problemləri işıqlandırarlar. Özümə aid problemləri yazmıram, əslində, hamını narahat edən problemləri yazıram”.

Yenisabah.az xəbər verir ki, bunu Nura Suri sosial media hesabında paylaşıb.

O qeyd edib: “Yüksək bal toplayan, amma universitetlərə qəbul olunmayan tələbələrin sayı niyə təhsil sistemində heç kəsi narahat etmir? Nəyisə dəyişmək lazım olduğunu anlamaq bu qədər çətindir? Kodlaşdırma niyə bu qədər mürəkkəbdir? Valideynlər kodlaşdırmadan başı çıxan insanlara müraciət edib pul ödəyirlər (100 manat). Niyə axı tələbə ya valideyn əziyyət çəkməlidir? pizza mizza

Oğlan uşaqlarını 18 yaşında əsgərliyə göndərməmək üçün peşə məktəblərinə deyil, mütləq universitetlərə yönəldirlər. Əsgərlik yaşını 21-dən etmək olmaz ki? Niyə axı heç kəs mövcud problemlərin həll yollarını axtarmır?

Mən müğənniyəm, işim oxumaqdır, əyləndirməkdir. Bunları yazdıqca işim də azalır, qazancım da. Bir insan kimi, vətəndaş kimi biganə qala bilmədiyimdən yazıram”.


Telegram kanalımız
Seçilən
8
3
yenisabah.az

6Mənbələr