AZ

Sədərəkdəki yanğında dəyən zərəri kim ödəməlidir? VACİB MƏQAM KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Sədərək” ticarət mərkəzinə məxsus anbarda baş verən yanğın hüquqi məsuliyyət məsələsini gündəmə gətirib. Məlumata görə, anbar “Super Toys” şirkəti tərəfindən icarəyə götürülüb. Maraqlıdır, dəymiş zərərin ödənilməsi kimin üzərinə düşür, icarədarın, yoxsa ticarət mərkəzinin?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, ilk növbədə tərəflər arasında icarə müqaviləsinin olub-olmaması və həmin müqavilədə yanğın təhlükəsizliyi, icbari sığorta məsələlərinin necə tənzimləndiyi araşdırılmalıdır:

“Əgər icarə müqaviləsi mövcuddursa, burada obyektin icbari sığortasının və yanğın təhlükəsizliyinə dair müddəaların kimin üzərinə qoyulduğuna diqqət etmək lazımdır. İri ticarət mərkəzlərində obyekt mütləq şəkildə sığortalanmalıdır. Bundan başqa, icarədar da əlavə olaraq könüllü, kasko sığorta edə bilərdi. Amma təcrübədə sahibkarlar çox vaxt mal dövriyyəsinə dair məlumatları təqdim etmədikləri üçün obyektlərini sığorta etdirməkdə maraqlı olmurlar.”

Hüquqşünas əlavə edib ki, yanğın zamanı digər mağazalara zərər dəydiyi halda məsələ daha da mürəkkəbləşir:

“Bu zaman ziyanın ödənilməsi birbaşa icarə müqaviləsinin şərtlərindən asılıdır. Əgər müqavilədə məsuliyyət icarədarın üzərinə qoyulubsa, zərər ondan tələb oluna bilər. Əks halda, məsuliyyət ticarət mərkəzinə aid ediləcək. Lakin hər bir halda ən əsas amil, obyektin sığorta olunub-olmamasıdır. Sığorta şirkəti yoxdursa, ziyanın hesablanması və ödənilməsi uzunmüddətli mübahisələrə səbəb olur.”

Beləliklə, zərərin kimin tərəfindən ödəniləcəyi yalnız icarə müqaviləsinin şərtlərinə və sığorta mexanizmlərinə əsasən müəyyən ediləcək.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
konkret.az

2Mənbələr