AZ

Bizi qonşu dövlətlərlə müharibəyə sürükləmək istəyirlər Prezident

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranlılar birləşsələr, düşmənlər ölkəyə hücum etməyə cəsarət etməyəcəklər.

Yenisabah.az president.ir-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

O vurğulayıb ki, milli vəhdət düşmənlərə qarşı müqavimətin açarıdır. Toyuqlu pizza

Pezeşkian qeyd edib ki, “İsrail rejimi və ABŞ-ın bütün səyləri bizi daxildə sıxışdırmaq və bölgədəki müsəlmanları bir-birinə qarşı qoymaqdır”.

Prezident bölgədəki qonşuların qardaş sayılmalı olduğunu vurğulayaraq, onları bir-birindən ayıran sərhədlərə baxmayaraq, diqqəti bu sərhədləri imperialistlərin yaratdığına yönəldib və müsəlmanları ümumi düşmənlərə qarşı birləşməyə çağırıb.

Pezeşkian bəzi fiqurların daxili birliyə və qonşu ölkələrlə münasibətlərə xələl gətirə biləcək bölücü ritorikaya qarşı xəbərdarlıq edərək, belə davranışın xəyanət olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
yenisabah.az

2Mənbələr