AZ

"Avropada "Məhəmməd" adı islamlaşmanın göstəricisinə çevrilib" - "Daily Mail"

 
"Ənənəvi Avropa adlarını geridə qoyan "Məhəmməd" bir çox şəhərdə ilk sırada qərarlaşıb..."
 
Son 25 ildə Avropada müsəlman əhalisinin payı sürətlə artıb və bu, həm ictimai-siyasi mühitdə, həm də gündəlik həyatın müxtəlif sahələrində özünü göstərir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb.
 
Qəzet apardığı geniş araşdırmada bu dəyişimin ən bariz nümunələrindən birinə - yeni doğulan uşaqlara verilən adlara diqqət çəkib. Məlumata görə, 2000-ci ildən bəri Böyük Britaniya, Avstriya, Almaniya, Fransa və digər ölkələrdə körpələrə "Məhəmməd" və onun variantlarının (Mühəmməd, Mahmud və s.) verilməsi 3-7 dəfə artıb.
 
Ən kəskin artım Avstriyadadır
 
Siyahının ilk yerində Avstriya gəlir. Burada 25 ildə "Məhəmməd" adının payı 732 faiz artaraq 0,06 faizdən 0,5 faizə yüksəlib. Əgər 2000-ci ildə hər 1670 uşaqdan yalnız biri bu adı alırdısa, indi göstərici hər 200 doğuşa bir nəfərə çatıb.
 
İkinci yerdə İrlandiya gəlir - burada artım 372 faizdir (0,09 faizdən 0,6 faizə qədər). Ardınca İtaliya (184 faiz), Fransa (127 faiz), Belçika və Böyük Britaniya (hər ikisi 101 faiz), İsveç (69 faiz) gəlir.
 
Ən az göstərici Polşadadır - cəmi 0,01 faiz. Lakin bu ölkədə də 2000-ci illə müqayisədə artım 217 faiz təşkil edib. Polşa hakimiyyəti uzun illər ərzində müsəlman ölkələrindən miqrant qəbul etməmək siyasətini müdafiə edib.
 
Böyük Britaniyada dramatik dəyişiklik
 
Ən çox "Məhəmməd"adı Böyük Britaniyada qeydə alınıb - 2, 87 faiz. Belçika 1,02 faizlə, Fransa isə 0,87 faizlə davam edir. Dinamika isə daha diqqətçəkicidir: 1996-cı ildə ölkənin ən populyar kişi adı "Cek" (10 779) idi, "Məhəmməd" isə cəmi 441 körpəyə verilmişdi.
 
20 il sonra bu fərq xeyli azalıb və 2022-ci ildə "Məhəmməd" "Noah" adı ilə eyni səviyyəyə çatıb. 2023-cü ildə artıq onu keçib, 2024-cü ildə isə 5721 uşaq "Məhəmməd", yalnız 4139 uşaq isə "Noah" adlandırılıb.
 
Demoqrafik proqnozlar
 
"Pew Research İnstitute" Araşdırma Mərkəzinin (ABŞ) 2017-ci ildəki hesablamalarına görə, Avropada müsəlman əhalinin payı 4,9 faiz olub. Lakin qurum xəbərdarlıq edir ki, miqrasiya indiki templə davam edərsə, 2050-ci ilə qədər bu rəqəm 11,2 faizə yüksələ bilər.
 
Beləliklə, "Məhəmməd" adının sürətlə populyarlaşması təkcə mədəni seçim deyil, həm də Avropada demoqrafik və siyasi reallığın dəyişməsinin rəmzi kimi dəyərləndirilir.
Seçilən
18
moderator.az

1Mənbələr