AZ

"Arsenal"ın futbolçusu dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

İngiltərə millisinin və "Arsenal" klubunun futbolçusu Bukayo Saka dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, buna 23 yaşlı hücumçunun Premyer Liqanın II turunda "Lids"lə oyunda zədələnməsi səbəb olub.

O, çempionatın növbəti turunda, "Liverpul"la matçda meydana çıxmayacaq. Bundan əlavə, Saka İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə qarşılaşmalarını da buraxmalı olacaq.

Seçilən
1
2
report.az

3Mənbələr