Şəkidə ölən 11 yaşlı uşaq kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu ilə xəstəxanaya yerləşdirilibmiş.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 22-si saat 09:10-da bir nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.
Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, saat 10:20 radələrində ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
11:12
Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.
Hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.