AZ

Netanyahu təhdid etdi: Hücumlar davam edəcək

Yəmənin paytaxtı Sənaya endirilən hava hücumlarından sonra İsrailin baş naziri Benyamin Netanyahu husilərə qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israil” məlumat yayıb.

"Kim bizə hücum etsə və ya hücum etməyi planlaşdırsa, biz də onlara hücum edəcəyik. Düşünürəm ki, bütün region İsrailin gücünü və qətiyyətini anlamağa başlayıb", - deyə Netanyahu bildirib.

Qeyd edək ki, husilərin cümə günü İsrailə kaset bombası ilə ballistik raket atmasından sonra İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtını vurub. Sənanın bir neçə yerində, o cümlədən prezident sarayının ərazisində 20-yə yaxın partlayış səsi eşidilib.

Seçilən
13
publika.az

1Mənbələr