AZ

Özünü Aygün Kazımovaya bənzətdi

Tanınmış influenser Apruza maraqlı paylaşımla gündəmə gəlib. O, xüsusi makiyaj vasitəsilə özünü Xalq artisti Aygün Kazımovaya bənzədib.

OLAY yazır ki, o, sənətçinin “Abrakadabra” klipindəki obraza bürünüb.

Apruzanın paylaşımı izləyicilər arasında böyük maraq doğurub. Onlar bu bənzətməni uğurlu hesab edərək xoş rəylər yazıb, digərləri isə məşhur ifaçıya olan oxşarlığını təəccüblə qarşılayıb. Paylaşım qısa zamanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub və yüzlərlə “like” toplayıb.

Aygün Kazımova da paylaşımdan xoşhal olub və Apruzanın videosunu “repost” edib.

Seçilən
12
1
olay.az

2Mənbələr