AZ

Qəzzada daha 4 jurnalist həlak oldu

İsrailin döyüş təyyarələri avqustun 25-də Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən "Nasser"  tibb kompleksinə zərbələr endirib, ən azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin məlumatında bildirilib.

Ölənlər arasında “Əl-Cəzirə” operatoru Məhəmməd Salam və “Reuters” agentliyinin operatoru Hussam əl-Masri də daxil olmaqla 4 jurnalist var.

“Associated Press” sözçüsü İsrailin "Nasser" Tibb Kompleksinə hücumu nəticəsində ölən 4 jurnalistdən birinin bu agentliyin əməkdaşı Mariam Abu Dakkan olduğunu təsdiqləyib. Bildirilir ki, mərmi xəstəxananın dördüncü mərtəbəsinə düşüb, ardınca isə eyni kompleksdə yerləşən Yasin xəstəxanasının binasına ikinci zərbə vurulub.

Qəzza hökumətinin statistikasına görə, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin endirdiyi zərbələr nəticəsində ölən jurnalistlərin sayı 244-ə çatıb.
 Qəzza Səhiyyə Nazirliyi, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının çoxu qadın və uşaq olmaqla 62 min 622 nəfərə çatdığını bildirib. Yaralananların sayı 157 min 673 təşkil edib.
 

Seçilən
25
modern.az

1Mənbələr