AZ

“Beşiktaş”ın istədiyi “Çelsi”li

“Beşiktaş” “Çelsi”nin futbolçusu Rahim Sterlinqi heyətinə qatmaq istəyir.

Msport.az xəbər verir ki, İstanbul klubu artıq 30 yaşlı vingerin transferi ilə bağlı danışıqlara start verib.

Bu yay “Arsenal”dan icarədən qayıdan oyunçu baş məşqçi Enzo Mareskanın planlarında yer almır. Hazırda ingiltərəli futbolçunun Türkiyəyə köçməyə razı olub-olmayacağı dəqiq bilinmir. Ancaq onun “Çelsi”dən ayrılması böyük ehtimalla, reallaşacaq.

London klubu Sterlinq üçün təxminən 20 milyon funt sterlinq tələb edir.

Seçilən
6
msport.az

1Mənbələr