AZ

“Atam avtoritet idi, anam isə ideal evdar qadın,” - TRAMP

ABŞ-ın  prezidenti Donald Tramp valideynlərini xatırlayaraq onların həyatındakı təsirindən danışıb.

News365.az xəbər verir ki, Trampın atası Fred Krist Tramp (1905–1999) alman əsilli inşaatçı və biznesmen olub. Müharibədən sonra orta təbəqə üçün evlər inşa etməklə böyük sərvət qazanıb. Donald Tramp atasından işgüzarlıq və sərtliyi öyrəndiyini bildirib.

Anası Meri Enn Maklaud Tramp (1912–2000) isə Şotlandiya əsillidir. O, 18 yaşında Nyu-Yorka köçərək Fred Tramp ilə ailə qurub. Evdar qadın olsa da, xeyriyyəçilik fəaliyyəti ilə də tanınıb. Tramp anasından özünəinamı və diqqət mərkəzində olmağı öyrəndiyini vurğulayıb.

“Atam avtoritet idi, anam isə ideal evdar qadın,” – deyə Donald Tramp valideynlərini xatırl ayıb.


Seçilən
1
news365.az

1Mənbələr