AZ

Xətt zədələndi - Abonentlər qazsız qaldı

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

“Sabahinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən bu gün saat 10:15-dən etibarən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Seçilən
7
47
sabahinfo.az

10Mənbələr