ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya kansleri Fridrix Merts ölkə hökumətinin bundan sonra mövcud ümumi rifah sistemini maliyyələşdirə bilməyəcəyi ilə bağlı almanlara xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, Merts keçən il rekord 47 milyard avro xərclənən müavinət sisteminə yenidən baxılmasını istəyib. Bu il də xərclər artmaqda davam edir.
Almaniyada geniş sosial dəstək tədbirləri mövcuddur: müntəzəm mənzil və uşaq, işsizlik, ailə müavinətləri, ehtiyacı olanlara yardım proqramları, xəstələrə və qocalara qulluq üçün subsidiyalar.
Almaniya iqtisadiyyatı 2025-ci ildə struktur və dövrüyyəli böhranın təsiri altında qalaraq, durğunluq vəziyyətindədir. Ölkə əhalisi qocaldığından və işsizlik artdığından sosial təminat xərcləri son vaxtlar yüksəlib və bu proses davam edəcək. Nəşr yazır ki, müavinət alanların çoxu Almaniya vətəndaşları deyil.
Fridrix Merts qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni öz prioritet fəaliyyət istiqamətlərindən biri adlandırıb. İyulun 18-də Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Fransa, Avstriya, Polşa, Çexiya və Danimarkadan olan həmkarları ilə qeyri-qanuni mühacirlərə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında simvolik saziş də imzalayıb.
Bundan əvvəl isə Merts vətəndaşlıq qanununun dəyişdirilməsini də təklif edib ki, onun alınması üçün ölkədə yaşama müddəti artırılsın. Hazırda Almaniya pasportu əldə etmək üçün adi naturalizasiya ilə ölkədə beş il yaşamaq lazımdır. Almanların həyat yoldaşları üçün üç illik müddət müəyyən edilir (nikah ərizənin təqdim edilməsindən ən azı iki il əvvəl bağlanmalıdır), özü də inteqrasiya sahəsində xüsusi nailiyyətlər olduğu halda (məsələn, karyera və ya təhsildə uğur).
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.