"Real Madrid"in futbolçusu Dani Sebalyos karyerasını Fransada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə "Marsel" klubu yaxından maraqlanır. Klublar arasında ilk danışıqlar reallaşıb.
Keçidin baş tutmağı asan görünməsə də, Fransa klubu onu heyətinə cəlb etmək üçün çalışır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Marsel" ispaniyalı futbolçunu satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir.
Sebalyosun "Real Madrid"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, Madrid təmsilçisində ümumilikdə 193 oyuna çıxıb və 7 qol vurub.