ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyanın məşhur metal qrupu "Rammstein"in solisti Till Lindemann öz yeni musiqi klipinin çəkilişləri üçün Moldovaya gəlib.
Kulis.az xəbər verir ki, klipin əsas çəkilişləri Kişinyovun yaxınlığında yerləşən Kostyujeni psixiatrik xəstəxanasında aparılır. Layihənin rejissoru isə tanınmış moldovalı rejissor Roman Burlakadır.
Eyni zamanda, bəzi səhnələrin birbaşa paytaxtın özündə çəkildiyi də bildirilir. Klipin çəkilişlərinin nə qədər davam edəcəyi və nə zaman təqdim olunacağı hələ ki açıqlanmır.
Bu layihə Till Lindemannın Moldovada ilk musiqili işi hesab olunur və mədəni dairələrdə ciddi maraqla qarşılanıb.
Çəkilişlərin aparıldığı Kostyujeni psixiatrik xəstəxanası Moldovanın tanınmış tibb müəssisələrindən biridir.
1895-ci ildə eyniadlı monastırın yaxınlığında təsis edilən xəstəxananın binaları məşhur memarlar Aleksandr Bernardazzi və Salel Qinher tərəfindən layihələndirilib.
Qeyd edək ki, bu məkanda aparılan çəkilişlərin klipin vizual atmosferinə necə təsir edəcəyi isə maraqla gözlənilir.
Bu tapıntı tarix dərsliklərini dəyişəcək
"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj
Şəhid jurnalistlərə həsr edilmiş filmin təqdimatı oldu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.