AZ

Gərginlik artır: ABŞ “F 35” qırıcılarını bu əraziyə yerləşdirdi

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ ordusunun Cənubi Koreya ilə hazırda davam edən yay mövsümü birgə hərbi təliminə qatılması məqsədilə Koreya Yarımadasına “F-35” qırıcı təyyarələri yerləşdirdiyi bildirilib.

"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Şimali Koreyanın təhdidlərinə qarşı birgə müdafiə hazırlığını gücləndirməyi hədəfləyən və 18 avqustda başlayan illik “Ulchi Azadlıq Qalxanı (UFS)” təlimi davam edir.

ABŞ Koreya Qüvvələri rəsmisinin verdiyi məlumata əsasən, 10 ədəd “F-35” qırıcı təyyarəsi UFS çərçivəsində Seulun cənubundakı Kunsan Hava Bazasına müvəqqəti olaraq yerləşdirilib.

ABŞ Hava Qüvvələri və ABŞ Dəniz Piyadalarına məxsus olan bu təyyarələr müdafiə məqsədli hava manevrlərinə və bölgədəki potensial təhdidlərin qarşısını almaq üçün birgə hazırlığın artırılmasına yönəldiləcək.

Şimali Koreya lideri Kim Çen In isə 28 avqusta qədər davam etməsi gözlənilən bu təlimlə bağlı ABŞ və Cənubi Koreyanın ölkəsinə qarşı “düşmən münasibətini davam etdirdiyini” iddia edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
cebheinfo.az

3Mənbələr