AZ

Sənaya endirilən hava zərbələri nəticəsində 6 nəfər ölüb

ain.az, Ayna saytına istinadən bildirir.

Hava zərbələri prezident sarayının yaxınlığındakı obyektə, neft şirkətinin obyektinə və elektrik stansiyasına endirilib

İsrailin Yəmənin paytaxtı Sənaya bir sıra hava zərbələri nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Yəmənin “Əl-Məsirə” telekanalı məlumat yayıb.

"İsrailin Sənaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 6 nəfərdir. 86 nəfər yaralanıb", - telekanal Sənanı nəzarətdə saxlayan husilərin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Yaxın Şərq KİV-lərinin məlumatına görə, hava zərbələri prezident sarayının yaxınlığındakı obyektə, neft şirkətinin obyektinə və elektrik stansiyasına endirilib.

Bazar günü İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin paytaxtı Sənaya bir sıra zərbələr endirib.

Ötən həftənin əvvəlində Sənanı idarə edən husilər İsrailə doğru pilotsuz təyyarə və kasetli döyüş başlığı olan ballistik raket atmışdılar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
ayna.az

1Mənbələr