AZ

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində 2025 Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edacək.

B Liqasının A qrupunda yer alan millimizin Belçika və Litva ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov
Oyunçular: Sahib Məmmədov, Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, Hüseynov Kamil.

Millimizin oyunlarının təqvimi belədir:

11 sentyabr
16:00. Azərbaycan – Belçika

12 sentyabr
12:15. Litva – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd edək ki, final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüş keçiriləcək.

Seçilən
48
18
teleqraf.com

10Mənbələr