İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən keçirilən əməliyyatlar nəticəsində ötən həftə 124 piyada əleyhinə mina aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ötən həftə həmçinin 21 tank əleyhinə mina, 417 partlamamış hərbi sursat aşkarlanıb.
14593968 kvadratmetr ( 1459.4 ha) ərazi minalardan təmizlənib.