Şəki rayonunda 11 yaşlı yeniyetmənin ölümünün ilkin səbəbi açıqlanıb.
Far.Az-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.
Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
***11:43
Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.
Far.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.