Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Zümrüd Xəzər axşamı" proqramında müğənninin qızı Cananın onu danışdırmadığını deyib:
"Canan qızımın yanına gəlib-gedir. Amma mənimlə danışmır. Onu Aygünün balası soruşub, xəbər tuturam, qapıma gəlir. Sosial şəbəkədə mənə yazırlar "Aygünün davamçısı". Görürəm ki, xoşları gəlmir, deyirlər, Aygünün bir davamçısı var, o da qızıdır. Mən onun yadigarı deyiləm, sənətinin davamçısıyam".
Qeyd edək ki, Aygün Bəylər ötən il uzun sürən xərçəng xəstəliyindən vəfat edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.