AZ

Böyük Vətən müharibəsinin ən yaşlı veteranları vəfat edib

Ajans.az TASS-a istinadən xəbər verir ki,Rəşid Kərim 1912-ci ildə anadan olub. 1935-ci ildən məktəb müəllimi kimi çalışıb, 1942-ci ildə isə cəbhəyə yollanıb. O, Stalinqrad döyüşündə iştirak edib, 1-ci Ukrayna Cəbhəsinin 204-cü artilleriya alayında xidmət edərək Praqaya və Berlina qədər döyüş yolu keçib. Müharibədən sonra Tacikistana qayıdan veteran müəllimlik fəaliyyətini davam etdirib, sonralar kolxoza rəhbərlik edib. Onun hərbi və əmək fəaliyyəti müxtəlif orden və medallarla təltif olunub. Hazırda Tacikistanda 13 Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. Bundan başqa, ölkədə 120-yə yaxın cəbhəçi qalır. Müharibə illərində Tacikistandan Qırmızı Orduya 300 mindən çox insan çağırılıb, onların 90 mindən çoxu geri qayıtmayıb. Respublika Müharibə və Əmək Veteranları Şurasının məlumatına görə, müharibə illərində göstərilən qəhrəmanlıqlara görə 56 min tacik orden və medallarla təltif olunub, 56 nəfər Sovet İttifaqı Qəhrəmanı, 21 nəfər isə “Şöhrət” ordeninin tam kavaleri adına layiq görülüb. Həmçinin müharibə dövründə Tacikistana təxminən 100 min insan təxliyə edilib, burada 29 hərbi hospital fəaliyyət göstərib və 100 mindən çox yaralı müalicə olunaraq yenidən cəbhəyə qayıdıb.

 

Seçilən
17
Ajans.az

1Mənbələr