AZ

“Qarabağ” – “Ferensvaroş” matçı fransızlara tapşırıldı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Msport.az xəbər verir ki, UEFA avqustun 27-də Bakıda təşkil olunacaq görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Kleman Turpin idarə edəcək. Ona Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcək. 4-cü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək. Jerom Brisar VAR, Nikolya Renvill isə AVAR olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.

Seçilən
132
1
msport.az

2Mənbələr